Aİ ABŞ-a qarşı rüsumların tətbiqini dəstəklədi
15 iyun 2018 06:43 (UTC +04:00)

Aİ ABŞ-a qarşı rüsumların tətbiqini dəstəklədi

Avropa İttifaqı (Aİ) ölkələri ABŞ-a qarşı idxal rüsumlarının tətbiq olunmasını yekdilliklə dəstəkləyiblər. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, müvafiq qərar ötən gün Brüsseldə keçirilmiş toplantıda qəbul edilib.

 

Məlumata görə, qeyd olunan addımlar Avropa Komissiyası tərəfindən dəstəklənməlidir.  Avropa Komissiyasının növbəti iclası iyunun 20-nə planlaşdırılıb.

 

Bundan əvvəl ABŞ Aİ, Kanada və Meksikadan polad və alüminium idxalına rüsum tətbiq edib.

 

 

# 184
avatar

Oxşar yazılar