DÇ-2018: İspaniya Avropa çempionu ilə üz-üzə
15 iyun 2018 04:51 (UTC +04:00)

DÇ-2018: İspaniya Avropa çempionu ilə üz-üzə

Bu gün dünya çempionatında növbəti oyunlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, azarkeşlər bu dəfə 3 qarşılaşmaya şahidlik edəcəklər.

 

İlk olaraq meydana Misirlə Uruqvay çıxacaq. A qrupunda növbəti mərhələyə namizədlər arasında göstərilən komandaların mübarizəsinə maraq kifayət qədərdi. Birincilərin lideri Məhəmməd Salahın iştirakı sual altındadı. Bu qarşılaşmada qələbə qazanacaq komanda ciddi mənada üstünlük əldə etmiş olacaq.

 

Ardından B qrupunda mübarizəyə start veriləcək. Əvvəlcə qrupun autsayderləri Mərakeşlə İran münasibətlərinə aydınlıq gətirəcək. Gözlənilənin əksinə, sürpriz etmək arzusunda olan komandalar əvvəlcə ilk turda qələbə qazanmalıdı.

 

Günün son qarşılaşması, bəlkə də, qrup mərhələsində ilk turun ən çox maraq doğuran matçıdı. Son Avropa çempionu Portuqaliya iki gün əvvəl baş məşqçisini dəyişən İspaniya ilə üz-üzə gələcək. Hər iki komanda qrupu birinci pillədə bitirmək niyyətindədi. Bu gün hansı yığma qalib gəlsə, böyük ölçüdə arzusunu həyata keçirməyi bacaracaq.

 

 

 

Dünya çempionatı

 

Qrup mərhələsi, I tur

 

15 iyun

 

 

A qrupu

 

16:00. Misir – Uruqvay

 

Baş hakim: Byörn Kuypers (Hollandiya)

 

Yekaterinburq, Mərkəzi arena

 

 

 

B qrupu

 

19:00. Mərakeş – İran

 

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

 

Sankt-Peterburq, “Krestovski” stadionu

 

 

 

22:00. Portuqaliya – İspaniya

 

Baş hakim: Canluka Rokki (İtaliya)

 

Soçi, “Fişt” stadionu

 

# 343
avatar

Oxşar yazılar