[b]Dünyanın ən bahalı klubları bəlli oldu[/b]
14 iyun 2018 04:31 (UTC +04:00)

[b]Dünyanın ən bahalı klubları bəlli oldu[/b]

Dünyanın ən bahalı futbol klublarının siyahısı açıqlanıb.

 

APA-nın məlumatına görə, "Forbes" jurnalının tərtib etdiyi siyahının ilk pilləsində ötən il olduğu kimi İngiltərənin "Mançester Yunayted" klubu qərarlaşıb.

 

Britaniya klubunun dəyəri son il ərzində 12% artaraq 4,123 milyard dollar təşkil edib.

 

İkinci yerdə Madridin “Real” klubu ($4,088 mlrd., +14%), üçüncü isə “Barselona”dır ($4,064 mlrd. +12%).

 

Dördüncü və beşinci yerlərdə “Bavariya” və “Mançester Siti” qərarlaşıb.

 

Qeyd edək ki, ilk iyirmilikdə  8 İngiltərə klubunun adı var.

 

# 336
avatar

Oxşar yazılar