DÇ-2018: İspaniya yığmasını kim çalışdıracaq?
13 iyun 2018 19:39 (UTC +04:00)

DÇ-2018: İspaniya yığmasını kim çalışdıracaq?

Dünya çempionatında İspaniya yığmasına kimin rəhbərlik edəcəyi hələlik bəlli deyil. Apasport.az saytının “Marca”ya istinadən məlumatına görə, İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales yeni çalışdırıcının kim olacağı barədə yekun qərara gəlmədiklərini deyib.
 
 
 
Onun sözlərinə görə, federasiya rəhbərliyi ani davranmamağa çalışır: “Hələlik heç nə bilmirik. Tək deyə biləcəyim odu ki, ani qərarlar verməməyə çalışırıq. Dəqiqləşən bir şey olan kimi sizə məlumat verəcəyik”.
 
 
 
Qeyd edək ki, Xulen Lopeteqi “Real”ın baş məşqçisi təyin olunmasının ardından yığmadakı postundan uzaqlaşdırılıb.
# 277
avatar

ApaSport TV

Oxşar yazılar