<span style="color:red;">İspaniya ŞOKda : Baş məşqçi qovuldu
13 iyun 2018 14:52 (UTC +04:00)

İspaniya ŞOKda: Baş məşqçi qovuldu

İspaniya millisinin baş məşqçisi Xulen Lopeteqi istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Krasnodarda keçirilən mətbuat konfransında İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales açıqlayıb.

“Baş məşqçinin xidmətindən imtina etmək məcburiyyətindəyik. Ona işlərində uğurlar arzulayırıq” – deyə, federasiya rəhbəri bildirib.

 

Ötən gün Lopeteqinin dünya çempionatının ardından “Real”ın yeni baş məşqçisi olacağı açıqlanmışdı. Bu qərar İspaniya Futbol Federasiyasının rəhbərliyi tərəfindən qəzəblə qarşılanmışdı.

Qeyd edək ki, Xulen Lopeteqi üç həftə öncə yığma ilə olan müqaviləsini 2020-ci ilə qədər uzatmışdı.

# 193
avatar

Oxşar yazılar