<b>Qəzaya düşən azərbaycanlı müğənnilərdən xəbər var - <span style="color:red;">VİDEO</b>
12 iyun 2018 16:31 (UTC +04:00)

Qəzaya düşən azərbaycanlı müğənnilərdən xəbər var - VİDEO

 

Qəzaya düşən azərbaycanlı müğənnilər Türkan Vəlizadə və Zeynəb Həsəni barədə xəbər var.

 

Lent.az-ın məlumatına görə, “Səhər-səhər” verilişinin müxbiri ifaçıların yatdığı xəstəxanaya baş çəkib. Çanaq sümüyü sınan Zeynəb Həsəni sağlıq durumundan özü danışıb:



“Hələ ki, bir neçə müddət yerimək mümkün olmayacaq. Həkimlərin nəzarəti altındayıq. İynələr, sakitəşdirici, ağrıkəsicilər... belə... Hadisə çox yadımda qalmayıb. Yağış təzə çiskinləməyə başlamışdı. Mən idarə edirdim avtomobili. Sol tərəfdən çanaq sümüyüm sınıb. Çox yerdəyişmə olmadığına görə gipsə ehtiyac olmadı. Türkana da, mənə də ayaq üstə durmaq və hərəkət etmək üçün 2 ay müddət qoyublar. Bəzən elə olur ki, o kabinetdən bu kabinetə görüntülü danışırıq. Soruşur ki, ağrımırsan? Deyirəm, yox. Birdən elə olur ki, o ağlayır, mən ağlayıram. O mənə, mən də ona deyirik ki, ağlama. Biz ancaq deyib-gülə bilərik. Mübahisə ola bilməz”.


Qeyd edək ki, T. Vəlizadə meyxanaçı Pərviz Bülbülənin duet ortağıdır.

 

# 575
avatar

Yalçın UĞUR

Oxşar yazılar