<b>Əməkdar artist anasının məzarı üstündə göz yaşı tökdü - <span style="color:red;">VİDEO</b>
12 iyun 2018 13:50 (UTC +04:00)

Əməkdar artist anasının məzarı üstündə göz yaşı tökdü - VİDEO

Əməkdar artist Nüşabə Ələsgərli “Səhər-Səhər” kollektivi ilə anasının məzarını ziyarət etməyə gedib. Lent.az-ın məlumatına görə, müğənni Şəkidə anası ilə bağlı xatirələrini bölüşüb:

“Anam 3 ay içərisində rəhmətə getdi. Heç özü inanmadı ki, ölə bilər. Artıq 2 il yarımdır ki, anam yoxdur. Ondan 2 ay sonra cavan bacım rəhmətə getdi. Anam istəməzdi ki, mən ümumiyyətlə ağlayım. Hansı ana istəyər ki, balası qara geyinib, qara bağlasın. Mən anama xoş olsun deyə, ruhu şad olsun deyə əynimi dəyişdim. O biri dünya var. Onlar sadəcə dünyalarını dəyişiblər”.

 

# 510
avatar

Yalçın UĞUR

Oxşar yazılar