ABŞ sakini 12 saatdan çoxdur 4 uşağı girov saxlayır
12 iyun 2018 03:33 (UTC +04:00)

ABŞ sakini 12 saatdan çoxdur 4 uşağı girov saxlayır

Birləşmiş Ştatların Florida ştatının Orlando şəhərində bir kişi 4 uşağı artıq 12 saatdan çoxdur ki, girov saxlayır.

 

Lent.az-ın “report”a istinadən xəbərinə görə, bu barədə yerli polisin məlumatında bildirilir.

 

Qeyd olunur ki, iyunun 10-u axşam polisə bir qadın zəng edərək dostu tərəfindən döyüldüyünü bildirib. Asayiş keşikçiləri onu tutmaq istəyəndə, kişi onlara atəş açıb. Sonda bir polis əməkdaşı yaralanıb, kişinin özü isə 1, 6, 10 və 11 yaşlarında olan dörd uşağı girov götürərək mənzildə müdafiə olunur.

 

# 200
avatar

Oxşar yazılar