Dzeko: “Qarabağ”la oyunda 5:0 hesablı qələbə gözləyirdilər”
10 iyun 2018 19:07 (UTC +04:00)

Dzeko: “Qarabağ”la oyunda 5:0 hesablı qələbə gözləyirdilər”

Qarabağ”la oyunda bizdən 5:0 hesablı qələbə gözləyirdilər” – Edin Dzeko

“Çelsi” və “Atletiko”nun yer aldığı qrupdan bizim çıxacağımıza heç kim inanmırdı. Lakin öz gücümüzə güvənirdik və istəyimizə də çatdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Roma”nın hücumçusu Edin Dzeko deyib.

“Canavarlar”ın ötən mövsüm Çempionlar Liqasında keçdiyi yolla bağlı müsahibə verən Bosniya və Herseqovina millisinin üzvü qrup mərhələsində “Qarabağ”la Bakıda keçirdikləri görüşlə bağlı xüsusi danışıb. O, qələbəni çətinliklə qazandıqlarını etiraf edib: “Hər kəs düşünürdü ki, “Qarabağ”a 4:0 və ya 5:0 hesabı ilə qalib gəlməliyik. Yəni bizdən bunu gözləyirdilər. Ancaq Çempionlar Liqasında bu, heç də asan deyil. Hər iki görüşdə rəqibi məğlub etdikdən sonra insanlar fikirləşirdilər ki, “Qarabağ” yaxşı komanda deyil. Bakıdakı matçın birinci hissəsində oyunumuz yaxşı alındı. Ancaq ikinci hissədə çətinliklə üzləşdik. Bu, bizim üçün vacib oyunlardan biri idi. Çünki bununla qrupda ilk qələbəmizi qazandıq”.

Qeyd edək ki, qrup mərhələsində “Qarabağ”ı Bakıda 2:1, Romada isə 1:0 hesabı ilə məğlub edən “Roma” yarımfinala qədər irəliləyib və finalın bir addımlığında “Liverpul”a yenilib.

 

# 383
avatar

ApaSport TV

Oxşar yazılar