<b>Təranə bu dəfə mədəsini kiçildəcək</b>
07 iyun 2018 18:23 (UTC +04:00)

Təranə bu dəfə mədəsini kiçildəcək

Prodüser Təranə Səmədova əməliyyat olunacaq. Lent.az-ın axsam.az-a istinadən verdiyi məlumata görə, illərdir arıqlamağa çalışan, bunun üçün müxtəlif vasitələrə əl atan Səmədova bu dəfə fərqli yol seçib. Belə ki, o, mədə kiçiltmə əməliyyatı etdirəcək.

Məsələylə bağlı T.Səmədova məlumatı təsdiqləyib:

“Bir neçə vaxtdır bu əməliyyata hazırlaşırdım. Başa düşdüm ki, çarəm yalnız mədəmi kiçiltməkdir. Düzdür, böyük risk alıram. Ancaq inanıram ki, hər şey yaxşı olacaq”.

Qeyd edək ki, prodüser bundan öncə bir neçə plastik əməliyyat keçirib.

 

# 387
avatar

Oxşar yazılar