DÇ-2018: Futbolçuların şəkilləri oğurlandı
07 iyun 2018 13:16 (UTC +04:00)

DÇ-2018: Futbolçuların şəkilləri oğurlandı

 

Argentinada qeyri-adi oğurluq hadisəsi yaşanıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Panini firmasının dünya çempionatı ilə bağlı hazırlatdığı futbolçuların qapışqanlı fotoları oğurlanıb.

Hadisə mətbəələrin birində baş verib. Belə ki, quldurlar fotoların yerləşdirildiyi 638 qutunu oğurlayıblar. Hər qutuda 10, ümumilikdə isə 6380 qapışqanlı fotonun yoxa çıxdığı bildirilib. Yerli polis oğurluğun 3 nəfər tərəfindən edildiyini açıqlayıb.

Qeyd edək ki, Rusiyada keçiriləcək dünya çempionatı iyunun 14-də start götürəcək

 

 

# 304
avatar

ApaSport TV

Oxşar yazılar