Nəzakət Teymurovadan yenilik
07 iyun 2018 10:48 (UTC +04:00)

Nəzakət Teymurovadan yenilik

Xalq artisti, muğam ifaçısı Nəzakət Teymurova solo iyunun 20-də Yaşıl Teatrda solo konsert proqramı ilə çıxış edəcək. Xalq artisti keçirəcəyi konsert barədə Lent.az-a danışıb: “Repertuarda demək olar ki, heç vaxt ifa etmədiyim mahnılar olacaq. Əksəriyyəti Rəşid Behbudov, Yalçın Rzazadə, Flora Kərimovanın bəstələri və aşıq mahnılarıdır. Demək olar ki, janrı tamamilə dəyişmişik. Səhnədə 15 nəfərlik heyətlə çıxış edəcəyəm. Bu vaxta kimi muğam konsertlərim, kamera orkestrı ilə çıxışlarım olub. Bu dəfə isə milli estradaya üstünlük vermişik. Nostalji mahnıları yeni tərzdə təqdim edəcəyik. Aparıcı barədə isə hələ düşünməmişik. İmicimə gəldikdə isə stilist Elnur Həsənova müraciət etmişəm”.

 

Xalq artisti solo konsertlərdə duet ifa edənlər haqda da fikir bildirib: “Düşünürəm ki, solo konsert sırf səbəbkara aid olan gecədir. Ona görə də istəyirəm ki, tək olum. Bu həm də ifaçının, xanəndənin potensialından asılı olan bir şeydir. Dostlarımız var ki, konsert edirlər və bir çox həmkarlarını toplayır. O zaman ifaçının verənin üzərinə güc düşmür. Rahat olur”.

 

# 285
avatar

Yalçın UĞUR

Oxşar yazılar