Maradona əməliyyat olunacaq
06 iyun 2018 21:11 (UTC +04:00)

Maradona əməliyyat olunacaq

Əfsanəvi futbolçu Dieqo Armando Maradona əməliyyat olunacaq.

 

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu Brest “Dinamo”sunun idarə heyətinin sədrinin həkimi Herman Oçoa deyib.

 

O bildirib ki, 58 yaşlı mütəxəssis bu üzdən Kolumbiyaya yollanıb: “Dieqo Kalidə müayinə olundu. Nəticələr onun sol dizindən əməliyyata ehtiyac duyduğunu göstərdi. Çünki bir neçə il əvvəl dizindən xəsarət almışdı. Buna baxmayaraq, Maradona Rusiyadakı dünya çempionatına yollana və matçları şərh edə biləcək”.

 

Qeyd edək ki, dünya çempionatı iyunun 14-də start götürəcək.

 

# 317
avatar

Oxşar yazılar