“Real” və “Çelsi” onun uğrunda mübarizə aparır
06 iyun 2018 11:21 (UTC +04:00)

“Real” və “Çelsi” onun uğrunda mübarizə aparır

“Roma”nın qolkiperi Alisson iş yerini dəyişə bilər. Apasport.az saytının “Sky Sport Italia”ya istinadən məlumatına görə, “Real” və “Çelsi” onun xidmətində maraqlıdı.

 

Braziliyalı qapıçının gələcəyi “Çelsi”nin növbəti mövsümün ardından azad agent statusuna keçəcək qolkiperi Tibo Kurtuadan asılıdı. Əgər belçikalı mövsümlərarası fasilədə “Real”a transfer olarsa, o zaman Alissonun karyerasını “Çelsi”də davam etdirmək ehtimalları artacaq.

 

“Roma” Alissonun qarşılığında 100 milyon avro tələb edir. “Real” və “Çelsi”nin isə 70-75 milyon avro arası bir məbləğ təklif edəcəyi gözlənilir.

 

# 297
avatar

ApaSport TV

Oxşar yazılar