Ən çox qazanan idmançılar açıqlandı
06 iyun 2018 05:15 (UTC +04:00)

Ən çox qazanan idmançılar açıqlandı

Dünyanın məşhur iqtisadiyyat jurnalı “Forbes” ötən ilin ən çox qazanan idmançılarının adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 2017-ci ildə ən çox gəlir əldə edən idman adamı boksçu Floyd Meyvezer olub.

 

Amerikalı boksçu ötən ili 285 milyon dollar qazancla tamamlayıb. Bu məbləğin 275 milyonunu o, Konor Makqreqorla döyüşdən əldə edib. İrlandiyalı döyüşçü özü isə 99 milyonla siyahının 4-cü pilləsində qərarlaşıb.

 

Futbolçulardan Lionel Messi ikinci (111 milyon), Kristiano Ronaldo isə üçüncü pillədə qərarlaşıb (108 milyon).

 

 

# 189
avatar

Oxşar yazılar