<b>Baş leytenantımız dünya çempionu oldu</b>
05 iyun 2018 15:39 (UTC +04:00)

Baş leytenantımız dünya çempionu oldu

Beynəlxalq Hərbi İdman Şurasının (CISM) təşkilatçılığı ilə mayın 30-dan iyunun 6-dək İsveçrənin Tun şəhərində hərbi atıcılıq üzrə 50-ci dünya çempionatı keçirilir.

 

 

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, çempionatda ölkəmizi Mərkəzi Ordu İdman Klubunun 2 idmançısı baş leytenant Ruslan Lunev və Nigar Nəsirova təmsil edirlər.

Yarışların tapançadan 25 metr məsafədən atış növündə iştirak edən təmsilçimiz Ruslan Lunev Estoniya və Çindən olan rəqiblərini üstələyərək qızıl medala layiq görülüb və dünya çempionu adını qazanıb.

# 285
avatar

Oxşar yazılar