Avropa azərbaycanlıları AXC-nin 100 illiyi şərəfinə beynəlxalq boks yarışı keçirdilər
04 iyun 2018 14:23 (UTC +04:00)

Avropa azərbaycanlıları AXC-nin 100 illiyi şərəfinə beynəlxalq boks yarışı keçirdilər

 

Bakıda “Sərhədçi” Olimpiya İdman Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan beynəlxalq peşəkar boks yarışı keçirilib. Magdeburg (Almaniya) “Azərbaycan Mədəniyyəti” Cəmiyyətinin və “Heydər Əliyev adına Dünya Boks Komitəsi”nin, Avropa Azərbaycanlıları Konqresinin (AAK) və “Qəbələ” İdman Klubunun təşkilatçılığı keçən yarışda dünyanın müxtəlif ölkələrindən 15-dən çox idmançı qatılıb.
 
 
Lent.az-ın xəbərinə görə, tədbirə Azərbaycandan və xarici ölkələrdən tanınmış idman ulduzları, ekspertlər və rəsmilər qatılıblar.
 
Almaniya “Azərbaycan Mədəniyyəti” Cəmiyyətinin sədri, AAK vitse prezidenti Yaşar Niftəliyev Cənubi Afrika, Misir, Almanya, Türkiyə, Ukrayna, Gürcüstan, Macarıstan, Azərbaycan və bir sıra ölkələrdən gələn idmançıların təqdimatını verib. İdmançılar IBO-WBC dünya, WBCA Asiya kontinental kəmərləri uğrunda mübarizə aparıblar. Sonda qaliblərin təqdimatı olub. Beynəlxalq yarış dünyanın bir sıra televiziyaları ilə canlı yayımlanıb. 
# 282
avatar

Oxşar yazılar