<span style="color:red;">Xatirə İslam <b>: "Miri Yusifə qulaq asanda gərək vurasan" -</b><span style="color:red;"> VİDEO
04 iyun 2018 10:55 (UTC +04:00)

Xatirə İslam: "Miri Yusifə qulaq asanda gərək vurasan" - VİDEO

Müğənni Xatirə İslam əməkdar artist Miri Yusif barədə açıqlama verib. Lent.az-ın məlumatına görə, "ATV maqazin onlarla" verilişinin "Hit-parad" rubrikasının qonağı olan X.İslam bildirib ki, M.Yusifə ancaq gecələr qulaq asmaq olar:


“Musiqi zövqü yaxşıdır. Gənclər onu sevir. Mən Miri Yusifi klub müğənnisi kimi görürəm. Tarkan da klub müğənnisidir. Siz görmüsünüz ki, Miri Yusif 9-da toyda oxusun? Həmişə 11-dən sonra oxuyur. Ona axşamlar qulaq asırlar, 11-dən sonra. Ona qulaq asanda gərək oynayasan, bir az da vurasan, ayıq olmayasan. Bunlar hamısı zarafatdır. Amma sözümün arxasında dayanıram".

 

# 406
avatar

Yalçın UĞUR

Oxşar yazılar