<b>"Maşın"dan gedən iştirakçı: <span style="color:red;">""ATV"-nin aparıcısı olduğuna görə..."  - <span style="color:red;">VİDEO</b>
04 iyun 2018 10:12 (UTC +04:00)

"Maşın"dan gedən iştirakçı: ""ATV"-nin aparıcısı olduğuna görə..." - VİDEO

Ötən gün səs toplaya bilməyərək “Maşın” şoudan uzaqlaşan reper Qurd açıqlama verib. Lent.az-ın məlumatına görə, reper sosial şəbəkədəki səhifəsində video paylaşaraq, bu sözləri vurğulayıb: “Mənə səs verən və verməyənlərə təşəkkür edirəm. Bilirəm ki, səs verməyənlər dua ediblər ki, mən uduzum. Özüm qəsdən ən çətin rəqibi seçdim ki, mənə yaraşan budur. Kişi kimi də uduzdum. Mənə layiq olanı budur. Başqalarını, zəifləri seçə bilərdim, amma mənə yaraşmaz. İstəyirdim özümü sınayım, qalib gəlim. ATV-nin aparıcısıdır, ATV-də gedən bir şouda qalib gəlmək çətin olar. Çox az faizlə uduzdum”.
 

Qeyd edək ki, ötən gün ən çox fotosu atılan və səsverməyə çıxan Qurd olub. O, səs topladığı təqdirdə aparıcı İlhamə Bədəlovanı şoudan göndərəcəyini bildirib. Sonda isə Qurd 48,38 faiz səslə şoudan özü getməli olub.

 

# 480
avatar

Yalçın UĞUR

Oxşar yazılar