"Maşın"-da daha bir qalmaqal
04 iyun 2018 03:35 (UTC +04:00)

"Maşın"-da daha bir qalmaqal

"Maşın" realiti-şouda daha bir qalmaqal aparıcı Mətanət Əliverdiyeva və müğənni Roza Zərgərli arasında baş verib.
 

 

Axşam.az xəbər verir ki, Mətanətin İlhaməyə "Həmkarımdır, ona səs istəyirəm" deməsi Rozanı əsəbiləşdirib. O, maşın ətrafında həmkar söhbəti aparmağın düzgün olmadığını deyib:



"Bəsdirin də, "Həmkarımdır, səs istəyirəm". Onda mən də həmkarımdır deyə Qurda səs istəyim? Belə olmaz axı".

 

Mətanət isə Rozaya cavab olaraq belə deyib: "Sən danışma. Yuyulmamış çömçə kimi özünü nə ortaya atmısan? İmkan vermirsən sözümü deyim".

 


Əliverdiyevanın sözləri Zərgərlini özündən çıxarıb. O, aparıcıya "Mən sənin üçün Aytən Səfərova deyiləm. Danışığına fikir ver, Tərbiyəsiz" deyib.

# 336
avatar

Oxşar yazılar