Uesli Sneyder “Qalatasaray”a qayıtmaq istəyir
02 iyun 2018 01:20 (UTC +04:00)

Uesli Sneyder “Qalatasaray”a qayıtmaq istəyir

Qətərin “Əl-Qarafa” klubunun formasını geyinən Uesli Sneyder “Qalatasaray”a dönmək arzusundadı. Apasport.az saytının qonşu ölkə mətbuatına istinadən məlumatına görə, hollandiyalı ulduz futbolçu bununla bağlı “cim-bom” rəhbərliyinə müraciət edib.

 

Klub rəsmisi Abdurrahim Albayrakla əlaqə saxlayan 33 yaşlı yarımmüdafiəçi “Qalatasaray”dan ötrü darıxdığını və hətta boş müqaviləyə qol çəkməyə hazır olduğunu vurğulayıb. Klub prezidenti Mustafa Cengiz də sevimli oyunçusunu qaytarmağın tərəfdarıdı. Lakin bu məsələdə son sözü baş məşqçi Fatih Terim deyəcək. Təcrübəli mütəxəssis razılıq versə, Sneyderin “sarı-qırmızılılar”a dönüşü teziklə rəsmiləşəcək.

 

Qeyd edək ki, ötən ilin yayında “Qalatasaray”dan “Nitsa”ya keçən Uesli Sneyder daha sonra ordan “Əl-Qarafa”ya üz tutmuşdu.

 

# 275
avatar

Oxşar yazılar