Türkiyə son anda məğlubiyyətdən qurtuldu
02 iyun 2018 00:31 (UTC +04:00)

Türkiyə son anda məğlubiyyətdən qurtuldu

Türkiyə yığması yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

 

 Apasport.az saytının məlumatına görə, Mirça Luçeskunun yetirmələri Tunislə üz-üzə gəlib.

 

İsveçrədə baş tutan görüş “ay-ulduzlular” üçün dramatik keçib. Cenk Tosun 54-cü dəqiqədə penaltidən hesabı açmasına baxmayaraq, qonşu ölkə təmsilçisi üstünlüyünü sona qədər qoruya bilməyib. Dünya çempionatına hazırlaşan Tunisin heyətində Anis Badri (56-cı dəqiqə) və Feryani Sassi (79) komandanı hesabda önə keçiriblər. Cenk Tosun 60-cı dəqiqədə qırmızı vərəqə aldığından, Türkiyə son yarım saatı azlıqda keçirib. Bununla belə, Çağlar Soyuncu 90-cı dəqiqədə “status-kvo”nu bərpa edib – 2:2.

 

 

# 306
avatar

Oxşar yazılar