Qriqorçuk rəsmən “Astana”da - FOTO
01 iyun 2018 14:12 (UTC +04:00)

Qriqorçuk rəsmən “Astana”da - FOTO

“Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun “Astana”ya keçidi rəsmiləşib. Apasport.az xəbər verir ki, bu barədə məlumatı klub saytı vasitəsilə yayıb.

 

Bildirilir ki, ukraynalı mütəxəssis bu gün Qazaxıstan təmsilçisi ilə münasibətləri rəsmiləşdirib. Bu gündən “Astana”nın “sükanı arxası”na keçən 53 yaşlı mütəxəssislə müqavilənin detalları barədə məlumat verilməyib. Onun yeni komandası Qazaxıstan çempionatında 15 turdan sonra 37 xalla turnir cədvəlinə başçılıq edir.

 

Qeyd edək ki, Roman Qriqorçuk 2015-ci ilin yanvarından cari mövsümün sonuna qədər “Qəbələ”ni çalışdırıb.

 

# 352
avatar

Oxşar yazılar