Azərbaycanda bank sektorunun zərəri - 4 ayda 57 milyon manat
01 iyun 2018 11:42 (UTC +04:00)

Azərbaycanda bank sektorunun zərəri - 4 ayda 57 milyon manat

2018-ci il mayın 1-nə  bank sektorunun zərəri 57,1 mln. manat təşkil edib.
 
 
 
"APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabata istinadən xəbər verir ki, bu ilin 4 ayında bankların faiz gəlirləri 561 mln. manat, faiz xərcləri isə 201,1 mln. manat olub.
 
 
 
Qeyd edək ki, banklar bu ilin yanvar-aprel aylarında kreditlər üzrə faizlərdən 386,6 mln. manat əldə edib.
 
 
 
Hesabat dövrü ərzində aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 242,5 mln. manat vəsait xərclənib.
# 399
avatar

APA Baycan

Oxşar yazılar