<b>"Maşın" şoudan daha bir iştirakçı getdi <span style="color:red;">- VİDEO </b>
01 iyun 2018 10:49 (UTC +04:00)

"Maşın" şoudan daha bir iştirakçı getdi - VİDEO

"Maşın" şounun növbəti buraxılış günü geridə qalıb. Lent.az-ın məlumatına görə, yarışmanın ilk səs vermə günündə olduğu kimi bu dəfə də müğənni Roza Zərgərli səs verməyə çıxarılıb. Roza səsvermədə qalib gələrsə, aparıcı Günel Hümbətovanı yarışmadan kənarlaşdıracağını deyib. Müğənni sonda 54,14 faiz səs toplayaraq, Güneli şoudan çıxarıb.

Qeyd edək ki, "Maşın" şouda mübarizə aparıcılar Mətanət Əliverdiyeva, Azər Axşam, Fira Cəlilova, İlhamə Bədəlova, aktyor-müğənni Cavid Novruz, blogger Hüseyn Əzizoğlu, əməkdar artistlər Abbas Bağırov, Rühəngiz Musəvi, müğənni Roza Zərgərli, Əli Mirəliyev, Rahidə Baxışova, reper Qurd, Uran, aktrisa Pərvin Abıyeva arasında gedir.

 

# 426
avatar

Yalçın UĞUR

Oxşar yazılar