"Real"ın baş məşqçisi postuna əsas namizəd odur
31 may 2018 19:30 (UTC +04:00)

"Real"ın baş məşqçisi postuna əsas namizəd odur

Zinədin Zidanın “Real”ı tərk etməsinin ardından komandanı kimin çalışdıracağı hamıda maraq doğurur. Apasport.az saytının “Cope”yə istinadən məlumatına görə, “Tottenhem”in çalışdırıcısı Maurisio Poçettino posta favorit qismində göstərilir.

 

Argentinalı mütəxəssis bu yaxınlarda London klubu ilə olan müqaviləsini 2022-2023 mövsümünə qədər uzatmışdı. Poçettinonun “Real” və PSJ-dən təklif gələcəyi təqdirdə komandanı tərk edəcəyi bildirilir.

 

 

Qeyd edək ki, Poçettino daha öncə La Liqada çalışıb. O, 2009-2012-ci illər aralığında “Espanyol”a rəhbərlik edib.

# 412
avatar

ApaSport TV

Oxşar yazılar