<span style="color:red;">DÇ-2018 : Löv seksi qadağan edib, içkiyə icazə verdi
31 may 2018 13:59 (UTC +04:00)

DÇ-2018: Löv seksi qadağan edib, içkiyə icazə verdi

Almaniya millisi Rusiyada keçiriləcək mündial öncəsi qadağalarla üzləşib. Apasport.az saytının məlumatına görə, Bundestimin baş məşqçisi Yoahim Löv futbolçularına bir sıra məhdudiyyətlər tətbiq edəcəyini açıqlayıb.

 

Belə ki, təcrübəli çalışdırıcı dünya çempionatına hazırlıq dönəmində yetirmələrinə həyat yoldaşları, uşaqları və sevgililəri ilə görüşlərə icazə versə də, bu, Rusiyaya yollanacaqları tarixdən qadağan olunacaq. Lövün sözlərinə görə, bununla yanaşı, mundialın gedişində futbolçular sekslə məşğul ola bilməzlər.

 

 

O, həmçinin komanda üzvlərinə sosial şəbəkələrə girişi də dayandırmağı tapşırıq verib. Löv qeyd edib ki, həmin müddətdə feysbuk, instaqram və tvitter tam qadağan olunacaq. Lakin o, futbolçuların hər birinin 1 qədəh spirtli içki içməsinə icazə veriləcəyini də vurğulayıb: “Komanda olmaq özünü düşünməkdən vacibdi. Bütün futbolçular öz məsuliyyətlərini dərk etməlidilər. Hər kəs komandada rolunu və işini yerinə yetirməlidi”.

# 235
avatar

ApaSport TV

Oxşar yazılar