<b>Qadın voleybolçularımız Bolqarıstana qalib gəldi</b>
30 may 2018 20:11 (UTC +04:00)

Qadın voleybolçularımız Bolqarıstana qalib gəldi

Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında Bolqarıstanı məğlub edib

 

Bu gün qadın voleybolçular arasında Qızıl Avropa Liqasında II dövrəyə start verilib.

 

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi IV turda Bolqarıstanı qəbul edib.

 

Qrupda son ev qarşılaşması yığmamız üçün xüsusi əhəmiyyətli idi. Çünki komandamız səfərdəki 1:3 hesablı məğlubiyyətin revanşını ala bilməsə, liderlik şansından, demək olar ki, çəkiləcəkdi. Bu da voleybolçularımıza növbəti mərhələyə keçmək yolunda böyük əngəl ola bilərdi.

 

Amma Faiq Qarayevin yetirmələri buna imkan verməyib. Rəqibi qarşısında üstün oyun sərgiləyən komandamız 3:1 hesablı qələbə ilə səfərdəki məğlubiyyətin revanşını alıb.

 

Qeyd edək ki, qrupdakı digər oyunda Ukrayna Portuqaliyaya qalib gəlib - 3:1.

 

 Qızıl Avropa Liqası

 

A qrupu

 

IV tur

 

Azərbaycan - Bolqarıstan - 3:1 (25:20, 23:25, 25:21, 25:21)

 

# 336
avatar

Oxşar yazılar