"Qəbələ"nin vitse-prezidenti: <span style="color:red;">"Ona inanırıq"
30 may 2018 19:38 (UTC +04:00)

"Qəbələ"nin vitse-prezidenti: "Ona inanırıq"

“Sənan Qurbanov artıq illərdir ki, klubumuzda çalışır”.

Lent.az-ın klubun saytına istinadən məlumatına görə, bu sözləri "Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib

 

Əsas komandaya yeni baş məşqçi təyinatı ilə bağlı danışan Fariz Nəcəfov Sənan Qurbanova güvəndiklərini bildirib: “O məşqçi kimi fəaliyyətə “Qəbələ” Futbol Akademiyasında başlayıb. Daha sonra fəaliyyətini əsas komandada davam etdirib. Hamının bildiyi kimi klubumuzda iki məsələ prioritet təşkil edir: akademiya və əsas komanda. Qurbanov da bizim strategiyamıza uyğun olaraq akademiya futbolçularını yaxından tanıyır, onlara yanaşma baxımından düzgün mövqe sərgiləyəcək.

 

Həm də uzun illər əsas komandada çalışıb, Roman Qriqorçuk kimi təcrübəli məşqçinin yanında püxtələşib, Avropa Liqası və ölkədaxili turnirlərdə böyük təcrübəyə malikdir. Onda baş məşqçiyə xas bütün xüsusiyyətlər var. Ona güvənirik və klubumuzda uğurlu fəaliyyət göstərəcəyinə inanırıq”.

 

Qeyd edək ki, “Qəbələ” ukraynalı baş məşqçi Roman Qriqorçukun klubdan ayrılamasından sonra bu vəzifəyə onun köməkçisi olmuş Sənan Qurbanovu gətirib.

# 298
avatar

Oxşar yazılar