“Liverpul”ın gözü “Barselona”nın qapıçısında
30 may 2018 19:13 (UTC +04:00)

“Liverpul”ın gözü “Barselona”nın qapıçısında

“Barselona”nın qolkiperi Yasper Sillessen karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytının “El Mundo Deportivo”ya istinadən məlumatına görə, “Liverpul” hollandiyalı qapıçı ilə yaxından maraqlanır.

 

Sillessenin agenti artıq katalon klubunun rəhbərliyə ilə müzakirələrə başlayıb. “Barselona”nın 60 milyon avrodan aşağı qiymətə 29 yaşlı qolkiperlə yollarını ayırmaq niyyətində olmadığı bildirilir. Sillessen özü isə daha çox oyun təcrübəsi qazanacağı klubda oynamaq istəyir.

 

Əsasən kubok oyunlarında meydana çıxan Sillessen 2016-cı ildən bəri La Liqa matçlarında cəmi 2 dəfə forma şansı qazanıb.

# 310
avatar

Oxşar yazılar