"Qəbələ"nin yeni baş məşqçisi məlum oldu
30 may 2018 17:24 (UTC +04:00)

"Qəbələ"nin yeni baş məşqçisi məlum oldu

“Qəbələ”nin yeni baş məşqçisinin adına aydınlıq gəlib. Lent.az-ın klubun saytına istinadən məlumatına görə,  Roman Qriqorçuku baş məşqçi postunda onun köməkçisi Sənan Qurbanov əvəz edib. 38 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

 

Futbolçu kimi “Qarabağ” (1998-2000), “Dinamo” (2000-03), “Şəfa” (2003), “Saypa” İran (2004), “MKT-Araz” (2004-05), “Şahdağ” (2005-06), “Qəbələ” (2006-07), AZAL (2007), ABN (2007-08), MOİK (2008), “Muğan” (2009) klublarında çıxış edən hücumçu Azərbaycanın həm gənclər, həm də əsas milli komandalarında forma geyinib. O, əsas yığmada 1 oyun keçirib. Qurbanov 2004-cü il martın 31-də Moldova ilə səfər matçında (1:2) meydana çıxıb.

 

Qurbanov futbolçu karyerasını başa vurduqdan sonra məşqçi kimi fəaliyyətə başlayıb. O, 2012-ci ilin yayından baş məşqçi kimi təyinatınadək “Qəbələ”nin əsas komandasında yardımçı məşqçi kimi fəaliyyət göstərib. 2014-cü ilin dekabrında Dorinel Muntyanu ilə yollar ayrıldıqdan sonra Qurbanov “qırmızı-qaralar”ı baş məşqçi kimi Premyer Liqada 3 matça çıxarıb. Bu oyunlarda “Qəbələ” 1 qələbə qazanıb, 2 heç-heçə edib.

# 247
avatar

Oxşar yazılar