<b>Damla-Elza qalmaqalına o da qoşuldu: <span style="color:red;">"...heç kimsən"  -<span style="color:red;"> VİDEO</b>
30 may 2018 12:30 (UTC +04:00)

Damla-Elza qalmaqalına o da qoşuldu: "...heç kimsən" - VİDEO

Əməkdar artist Elza Seyidcahanın müğənni Damla barəsində xoş olmayan ifadələr işlətməsi cavabsız qalmayıb. Lent.az-ın məlumatına görə, “Hər şey daxil” verilişinə qonaq olan müğənni Kərim Abbasov Damlanın müdafiəsinə qalxıb: “Üzeyir Mehdizadə ilə Damla necə oxuyursa, Allah onları öz tərzlərində sevdirib. Allah qaldıranı sən bəndə heç kimsən ki, onu yerə vurasan. Sən ha deyəsən ki, itim, pişiyim belə gəldi, belə getdi. Olmaz, günahdır. Seyidcahan, sən seyidsən. İnsanların qəlbini sındırmaq olmaz. Azərbaycanlıyıq, bir birmizin tərəfini saxlamalıyıq. O da mənim millətimin balasıdır. Onun uğuru mənim uğurumdur. Kimsəylə də rastlaşmasam, onlarla bu sənətdə qarşılaşacam. Mən bu gün Damlanın müdafiə etdim”.

Qeyd edək ki, E.Seyidcahan "ATV maqazin onlarla" verilişinin "Hit-parad" rubrikasında qonaq olarkən Damlanın şəklini cırıb və barəsində bu sözləri demişdi:

"Adı Məsumədir. Mənim nə nəslim, nə pişiyim, nə itim ona qulaq asa bilməz. Bir insan ki, adından utanır, o, atasına görə niyə ağlayır? Adını edib Damla, yox bir damcı. Elə damcıdır da. Bu gün var, sabah yoxdur. Birazdan dalğa qoyar adını. Olar "Dalğa". İnsanda neçə sifət var ki, efiri bəzətdirib tək oturasan: Nisə Qasımovasan, Brilliant Dadaşovasan? Onunla bir vaxt efirdə oturdum. Mənə dedilər ki, yetim qızdır, qoyun otursun. Bu yaxınlarda gördüm ki, yetim deyilmiş, atası var imiş”.

 

# 412
avatar

Yalçın UĞUR

Oxşar yazılar