Millimizin yubilyarları
30 may 2018 05:53 (UTC +04:00)

Millimizin yubilyarları

Azərbaycan millisinin Qırğızıstanla yoldaşlıq görüşü bəzi futbolçular üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, yığmamızın 4 üzvü bu gün yubiley matçına çıxıb.
 
 
 
Bunlar müdafiəçi Pavel Paşayev, yarımmüdafiəçilər Qara Qarayev, Araz Abdullayev və Dmitri Nazarovdu. İlk üç futbolçu meydana start heyətində daxil olmaqla buna nail olub. Bununla Qarayev 40-cı, Abdullayev 25-ci, Paşayev isə 10-cu dəfə yığmanın formasını geyinib. Sona 32 dəqiqə qalmış Cavid İmamverdiyevi əvəzləyən Nazarov isə 30-cu dəfə yığmanın şərəfini qoruyub.
 
 
 
 
Qeyd edək ki, millimiz Bakı Olimpiya Stadionunda keçirilən görüşdə Qırğızıstanı 3:0 hesabı ilə məğlub edib.
# 200
avatar

Oxşar yazılar