Azərbaycanlı müğənni ona təhqir yazan barəsində polisə şikayət etdi
29 may 2018 18:03 (UTC +04:00)

Azərbaycanlı müğənni ona təhqir yazan barəsində polisə şikayət etdi

Müğənni Kərim Abbasov sosial şəbəkədə onu təhqir edən izləyicisini taparaq, polisə şikayət etməkdə hədələyib. 
 

Lent.az-ın məlumatına görə, sənətçi izləyicinin fotosunu paylaşaraq dostlarının köməkliyi ilə onu tapdığını bildirib:

“Dostlar, bu insanı tapmaqda mənə kömək etdiyiniz üçün sizə sonsuz minnətdaram. Bu insanın özündən və dostlarından tutmuş anası ve bacısına kimi hamısı zəng edib üzr istədi. Amma anasının göz yaşları məni məhv etdi. Əgər "kişi" dediyin insan bir işi görürsə, dalında durmalıdır və deməməlidir ki, mənim telefonumdan kimsə yazıb və ya kodu oğurlanıb. Mahir, sən bu respublikada elə önəmli bir adam deyilsən ki, sənin İnstaqram profilini hakerlər qırsın. Uşaq başı aldatmaq kimi danışmaq lazımsızdır. 

Azərbaycan polislərinə sonsuz təşəkkür edirəm. Amma məhkəməyə vermirəm. Bilirsiniz niyə? Mahir, birinci qurban ol, Ramazan ayına, günaha batmaq istəmirəm. İkinci də ananın göz yaşlarına. Bir qadın ağlayanda mən ondan qabaq ağlayıram, dözə bilmirəm. Heç kim kimisə təhqir edə bilməz. Azərbaycan Respublikasının öz qanunları var. Qanun hər kəs üçün qanundur. Hər kəs həddini bilsə, əla olar”

 

# 330
avatar

Oxşar yazılar