<font color=red>&#174; </font>TuranBank fermerlərə 6%-lə güzəştli kreditlər təklif edir.
29 may 2018 16:16 (UTC +04:00)

® TuranBank fermerlərə 6%-lə güzəştli kreditlər təklif edir.

 

TuranBank və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti fermer və kənd təsərrüfatı məhsulları istehsal edən sahibkarlara güzəştli kreditlərin verilməsini nəzərdə tutan niyyət protokolu imzalamışdır.

İmzalanma mərasimində TuranBankın İdarə Heyət sədrinin birinci müavini Fəzail Musayev, Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev ilə yanaşı, Azərbaycan Hökuməti ilə kənd təsərrüfatı layihələrini həyata keçirən bir sıra nüfuzlu beynəlxalq təşkilatların – Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, BMT-nin Ərzaq və Kənd təsərrüfatı üzrə Təşkilatının (FAO-nun), Avropa Yenidənqurma və İnkişaf Bankının,  eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiyasiyasının təmsilçiləri və bir sıra yerli bank və kredit təşkilatlarının nümayəndələri də iştirak etmişlər.

Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə birgə icra olunacaq layinənin şərtlərinə əsasən, Bank fermerlərə kreditləri 200 000 manatadək olmaqla, maksimum illik 6%-lə, 5 il müddətinə təqdim edəcək.  Qeyd edək ki, kənd təsərrüfatı və regionların inkişafı sahəsində uğurlu fəaliyyəti ilə seçilən TuranBank Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə əməkdaşlıq çərçivəsində bu gunədək ümumilikdə 910 təsərrüfat subyektinə 23,7 milyon manat həcmində güzəştli kredit vermişdir. 

TuranBank 9-u ölkənin regional mərkəzlərində (Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad, Ağcabədi və Qazax) olmaqla ümumilikdə 16 xidmət nöqtəsi vasitəsilə müştərilərə xidmət göstərir.

Bankın xidmət və məhsulları haqqında ətraflı məlumatı Bankın rəsmi www.turanbank.az saytından, facebook (www.facebook.com/turanbankasc), instagram (https://www.instagram.com/turanbank/) səhifələrindən və ya 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar. 

 

# 515
avatar

Oxşar yazılar