Prezident 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə tanış olub
29 may 2018 15:58 (UTC +04:00)

Prezident 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə tanış olub

Azərbaycan prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində təşkil olunan 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə baş çəkiblər. 
 
APA-nın məlumatına görə, dövlət başçısı müxtəlif şirkətlərə məxsus stendlərlə tanış olub. 
 
Prezident İlham Əliyevə şirkətlərin təqdim etdiyi məhsullar barədə məlumat verilib. 
 
Qeyd edək ki, sayca 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində yataqların mənimsənilməsi və işlənməsi ilə məşğul olan, eləcə də servis xidmətləri təklif edən 38 ölkədən 312 neft-qaz şirkəti iştirak edir. Sərgi sahəsinin 40% -ni 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin daimi iştirakçıları olan tanınmış dünya şirkətləri tutur. 

# 980
avatar

Oxşar yazılar