“Yuventus” İquaini İkardi ilə dəyişir
29 may 2018 12:16 (UTC +04:00)

“Yuventus” İquaini İkardi ilə dəyişir

“Yuventus” mövsümlərarası fasilədə “İnter”in hücumçusu Mauro İkardini heyətinə cəlb etmək istəyir. Apasport.az saytının “Corriere della Sera”ya istinadən məlumatına görə, “qoca sinyora” argentinalı futbolçu üçün qarşı tərəfə 50 milyon avro və əlavə olaraq Qonsalo İquaini təklif edib.

 

İkardinin müqaviləsində 100 milyon avroluq sərbəst qalma məbləği göstərildiyi, lakin bu variantın 1-15 iyul tarixləri aralığında yalnız İtaliya xaricindəki klublar üçün aktiv olduğu bildirilir.

 

 

Cari mövsümdə İtaliya A Seriyasında 34 matçda meydana çıxan Mauro İkardi 29 qolla yadda qalıb.

# 381
avatar

Oxşar yazılar