Şou-biznesdə illərdir davam edən küsülülük başa çatıb. Lent.az-ın məlumatına görə, xalq artisti Aygün Kazımova illər öncə qalmaqal yaşadığı həmkarı Zülfiyyə Xanbabayeva ilə aralarında olan buzları əridib. Onlar Azərbaycan Xalq Cümhuriyyətinin 100 ili münasibətilə “Crystal hall”da təşkil olunan konsertdə bir araya gəliblər. İki küsülü müğənninin gecədə yan-yana çəkdirdiyi fotosu sosial şəbəkədə paylaşılıb.