<b>Cənub Qaz Dəhlizinin açılış mərasimi keçirilir</b>
29 may 2018 09:24 (UTC +04:00)

Cənub Qaz Dəhlizinin açılış mərasimi keçirilir

Bu gün Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilir. 
 
 
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev tədbirdə iştirak edir. 
 
 
Qeyd edək ki, Cənub Qaz Dəhlizi Cənubi Qafqaz qaz boru kəmərini (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, həmçinin Türkiyədə Trans Anadolu Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.
  

# 479
avatar

APA Baycan

Oxşar yazılar