<b>"Liverpul"un qapçısına böyük təhlükə: <span style="color:red;">Ölümlə hədələnir </b>
28 may 2018 12:32 (UTC +04:00)

"Liverpul"un qapçısına böyük təhlükə: Ölümlə hədələnir

Çempionlar Liqasının final qarşılaşmasında kobud səhvləri ilə yadda qalan “Liverpul”un qolkiperi Loris Karius ölümlə hədələnir.

 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 24 yaşlı qapıçıya sosial şəbəkələr vasitəsi ilə təhdidlər gəlməkdədir. Bəzi ingilis azarkeşlər onu ölümlə hədələyirlər. "Liverpul" fanatlarından biri futbolçuya hətta, Tvitlər vasitəsi ilə “Ümid edirəm, bütün ailən ölər” sözlərini yazıb.

 

İngilis polisi məsələni nəzarətə götürüb və müvafiq araşdırmalara başlanılıb. 

 

Qeyd edək ki, qarşılaşmadan 24 saat sonra qolkiper özü sosial şəbəkələr vasitəsi ilə ingilis azarkeşlərdən, “Liverpul” cəbhəsindən, bütün komanda yoldaşlarından üzr istəyib.

 

Final qarşılaşmasında “Real Madrid” –“Liverpul”u 3-1 hesabı ilə məğlub edərək çempion olub. Həmin qarşılşama Loris Karius 1-ci və 3 cü qolda kobud səhvi ilə yadda qalıb.

# 352
avatar

Oxşar yazılar