“Euronews” Azərbaycanla bağlı reportaj hazırladı
26 may 2018 22:45 (UTC +04:00)

“Euronews” Azərbaycanla bağlı reportaj hazırladı

“Euronews” telekanalı Azərbaycanla bağlı reportaj təqdim edib. APA-nın xəbərinə görə,   Azərbaycan Konqreslər Bürosunun təşəbbüsü ilə “Euronews” telekanalında yayımlanan  “Destination” proqramı növbəti sayını Bakı Şopinq Festivalına həsr edib. Verilişdə  Bakı Şopinq Festivalının xüsusiyyətləri və üstünlükləri haqda  məlumat, iştirakçı mağazaların təmsilçilərinin festivala qoşulmağın bizneslərinə verdiyi faydalar barədə fikirləri yer alıb.

 

Azərbaycan Konqreslər  Bürosu Bakı Şopinq Festivalının dünyada tanıdılması və ölkəyə  turizm axınının artması üçün bu cür tanıtım və təbliğat  materialları  təşkil etməkdə davam edəcək.

 

# 402
avatar

Oxşar yazılar