Evlənmirəm, əl çəkin! <span style="color:red;">– Ronaldinyo
25 may 2018 15:25 (UTC +04:00)

Evlənmirəm, əl çəkin! – Ronaldinyo

Ronaldinyo iki qadınla ailə həyatı quracağına dair çıxan xəbərlərə münasibət bildirib. Apasport.az saytının “Globo Esporte”yə istinadən məlumatına görə, braziliyalı futbolçu iddiaları yalanlayıb.

 

“Bu, böyük yalandı. Jurnalistlər bu barədə iddia ortaya atıblar. Bütün dünya mənə zəng edir. Evlənməyə hazırlaşmıram” – deyə, Ronaldinyo bildirib.

 

Qeyd edək ki, Braziliya mətbuatında Ronaldinyonun avqustda uzun müddətdi Rio-de-Janeyrodakı villasında birlikdə yaşadığı Prişilya Koelyo və Bitrayz Souza adlı iki xanımla ailə quracağına dair xəbər yayılmışdı.

# 548
avatar

Oxşar yazılar