<b>"Nənəmin təndiri"ndəki atışmaya görə <span style="color:red;">30 İL HƏBS TƏLƏBİ </b>
23 may 2018 15:27 (UTC +04:00)

"Nənəmin təndiri"ndəki atışmaya görə 30 İL HƏBS TƏLƏBİ

Nərimanov rayonunda yerləşən "Nənənim təndiri" restoranının yaxınlığında baş verən atışmaya görə, təqsirləndirilən kriminal aləm üzvləri - Xəyyam Səlimxanov, Murad Həsrətov, Tunar Nağızadə, Emin Əliyev və İlham Ramazanovun cinayət işi üzrə məhkəmə davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi keçirilən prosesdə Prokuror Xəyyam Səlimxanovun 7 il, Murad Həsrətovun 7 il, Tunar Nağızadənin 7 il, Emin Əliyevin 6 il, İlham Ramazanovun isə 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Vəkillər müdafiə çıxışı üçün vaxt istəyib.

 

Məhkəmə prosesi mayın 30-da davam etdiriləcək.

 

Qeyd edək ki, hadisə ötən il yanvarın 7-də Nərimanov rayonu Fətəli xan Xoyski küçəsi 134 ünvanında yerləşən "Nənəmin Təndiri" restoranın yaxınlığında baş verib.

 

 

Belə ki, əraziyə toplaşan iki kriminal qruplaşmanın 15-20-yə yaxın üzvünün mübahisəsi zamanı odlu silahlardan istifadə olunub.

 

 

 

İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparan zaman "Makarov" tipli tapançaya məxsus gilizlər aşkar ediblər.

 

 

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinə 221-ci( xuliqanlıq) və 234-cü ( narkotik maddə) ittihamı verilib.

 

# 374
avatar

Səlcuq Elçin

Oxşar yazılar