"Azərbaycanda 1,9 milyon yeni iş yeri yaradılıb" - Əli Əhmədov
21 may 2018 11:02 (UTC +04:00)

"Azərbaycanda 1,9 milyon yeni iş yeri yaradılıb" - Əli Əhmədov

"Son 15 ildə Azərbaycanda 1,9 milyon yeni iş yeri yaradılıb".

 

"APA-Economics"in məlumatına görə, bunu "Dayanıqlı İnkişaf Məqsədlərinə doğru: davamlı inkişafın və layiqli əməyin təbliği" konfransında çıxışı zamanı baş nazirin müavini Əli Əhmədovbildirib. Ə.Əhmədov  bildirib ki, bu, iqtisadi əhalinin 40%-i deməkdir.

 

"Hər il Azərbaycanda əhalisi 1,1-1,2% artır. Bu da o deməkdir ki, Azərbaycanın əmək bazarına hər il 100 mindən çox yeni iş qüvvəsi daxil olur. Bu, Azərbaycanın mövcud imkanları və Azərbaycanın bütövlükdə əhalisi baxımından yanaşıldıqda kifayət qədər böyük rəqəmdir. Qarşımızda duran əsas hədəflərdən biri budur ki, hər il Azərbaycanda 100 mindən az olmayan iş yeri yaradılmalıdır ki, Azərbaycanda insanlarımızın əmək fəaliyyəti məşğulluğunun təmin edilməsi istiqamətində hökumətin qarşıya qoyduğu məqsədə nail olmaq mümkün olsun. Azərbaycanda əhalinin 45 faizdən çoxu kənd yerlərində yaşayır və kənd təsərrüfatı ilə məşğul əhali bütövlükdə böyük çəkiyə malikdir",- deyə Ə.Əhmədov vurğulayıb.

 

 

Baş nazirin müavininin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında olan münaqişə nəticəsində azərbaycanlılar etnik təmizləməyə məruz qalıb: "Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub, bir milyondan artıq Azərbaycan əhalisi öz yaşadığı yerlərdən məcburi köçkün vəziyyətinə düşüb. Digər tərəfdən,  işğal səbəbindən torpaqlarımızın 20 faizi istifadə olunmur. Kənd təsərrüfatı torpaqlarından istifadə olunma əmsalı 1/5 qədər aşağı düşüb".

# 280
avatar

APA Baycan

Oxşar yazılar