Fidan Hacıyeva Londonda konsert verdi - <span style="color:red;">FOTOLAR
17 may 2018 14:01 (UTC +04:00)

Fidan Hacıyeva Londonda konsert verdi - FOTOLAR

Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti mezzo-soprano Fidan Hacıyeva Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Londonda xüsusi konsert proqramı ilə çıxış edib. Lent.az-ın məlumatına görə, konsertdə F.Hacıyeva əməkdar incəsənət xadimi Ədilə Hüseynzadənin romanslarını səsləndirib.

Pianoda Səidə Tağızadənin, violençeldə Aleksey Miltix ifası qonaqlar tərəfindən rəğbətlə qarşılanıb. Proqram boyunca Ədilə Hüseynzadənin tələbələri - bəstəkar Elnarə Dadaşova və Zümrüd Dadaşzadə onun həyat və yaradıcılığından bəhs edib. Zümrüd Dadaşzadə bildirib ki, Ədilə Hüseynzadənin əsərlərinin Cümhuriyyətin 100 illiyində Böyük Britaniyada səsləndirilməsi Azərbaycan musiqi həyatında önəmli hadisədir. Konsertlə bağlı təəssüratlarını bölüşən Fidan Hacıyeva, hər bir nüansın çox gözəl düşünüldüyünü deyib: ”Konsert o qədər gözəl keçdi ki, heç bir sözlə hisslərimi ifadə edə bilmirəm. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş və proqramda Azərbaycanın dəyərli qadın bəstəkarının əsərlərinin səsləndiyi gecənin bu cür möhtəşəm keçməsi hər birimizə sevinc və fəxr yaşadır”. F.Hacıyeva onu da əlavə edib ki, konsertdən əvvəl Ədilə Hüseynzadənin nəticəsi Günel xanımın rəsm sərgisi baş tutub. Sərgi ziyarət edən qonaqlar tərəfindən yüksək dəyərləndirilib. Xalq artisti onu da əlavə edib ki, Günel xanım Londonda təhsil alır və böyük uğurları var.

Qeyd edək ki, Ə. Hüseynzadə Azərbaycan Dövlət Konservatoriyasını 1953-cü ildə bəstəkarlıq ixtisası üzrə bitirmiş ilk azərbaycanlı qadındır. O, 1942-1948-ci illərdə Konservatoriyanın xalq musiqisi şöbəsində Üzeyir Hacıbəyovdan dərs alıb.

Müslüm Maqomayev, Firəngiz Əlizadə onun tələbələrindəndir.

 

# 423
avatar

Oxşar yazılar