<b>Səidə kişiləri tənqid etdi: <span style="color:red;">"Qadınları..."</b>
16 may 2018 12:24 (UTC +04:00)

Səidə kişiləri tənqid etdi: "Qadınları..."

Müğənni Səidə Sultan “Xüsusi layihə” verilişində qonaq olub. Lent.az-ın məlumatına görə, ifaçı efirdə bəyləri tənqid edib: “Kişinin xanıma qarşı münasibəti ciddi olmalıdır. Qeyri-ciddidirsə, bunu deməlidir. İndiki dövrdə kişilər qadınlardan sui-istifadə edirlər. Çox qızlar evlilik adı ilə görüşürlər və sonda oğlan deyir ki, bağışla, məni evdən başqası ilə evləndirirlər. Mən heç vaxt ailə qurmaq həvəsində olmamışam, bunu önəmli saymamışam. Bacılarım evlənəndən sonra ailə mənim üçün maraqlı olmağa başladı. Arzu etmişəm ki, sevdiyim birinə ərə gedim.

Düzdü, mənimlə evlənmək istəyənlər olurdu, lakin mənim onlara qarşı bir hissim yaranmırdı. Məni alan olduğum kimi qəbul edəcək. Haqqımda pis danışanların özləri işlərini gizli görürlər. Bəlkə də, onların elədiklərinə ağzı açıq baxaram. Hər kəsi olduğu kimi qəbul etmək lazımdır”. 

 

# 343
avatar

Yalçın UĞUR

Oxşar yazılar