<b>Nüşabə Nazəninin verilişində kövrəldi - <span style="color:red;">VİDEO</b>
14 may 2018 15:10 (UTC +04:00)

Nüşabə Nazəninin verilişində kövrəldi - VİDEO

“Lider TV”-nin “Dostlar” verilişinin növbəti buraxılışı yayımlanıb. Lent.az-ın məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin bu həftəki qonaqları  müğənni Elnar Xəlilov, əməkdar artist Nüşabə Ələsgərli və onun tələbələri olub. Verilişin formatına uyğun olaraq, N.Ələsgərlinin həyatı barəsində qısa rolik nümayiş etdirilib. Bu zaman isə əməkdar artist kövrəlib: “Çox sağ olun, bu qısa rolikdə elə məqamlara toxundunuz ki, məni kövrəltdiz. Düşünürəm ki, verilişin redaktoru Zabir Əliyev mənim haqqımda bir məqalə yazdı”.


Daha sonra verilişə qonaq olan ifaçılar musiqi hədiyyələrini təqdim ediblər.

 

 

 

Qeyd edək ki, “Dostlar” verilişi cümə günü 21:30-da, təkrarı isə bazar günü 19:30-da yayımlanır. Verilişin informasiya dəstəkçisi Lent.az-dır. 

 

# 473
avatar

Yalçın UĞUR

Oxşar yazılar