<span style="color:red;">"Sevdiyim"  təqdim olundu -<span style="color:red;"> FOTOLAR
11 may 2018 13:50 (UTC +04:00)

"Sevdiyim" təqdim olundu - FOTOLAR

Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Sevdiyim" layihəsinin təqdimat mərasimi keçirilib. Lent.az-ın məlumatına görə,  tədbirdə Azərbaycan prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov, mədəniyyət naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, "ASAN xidmət"in sədri Ülvi Mehdiyev, görkəmli Azərbaycan şairi, dramaturq Cəfər Cabbarlının ailə üzvləri və başqa şəxslər iştirak ediblər.

 

 

F.Ələsgərov bildirib ki, müstəqil Azərbaycan dövlətinin üçrəngli bayrağı ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci il noyabrın 9-da təsdiqlənib: "Təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelin 28-də süqut etdi. Düz 71 il sonra Azərbaycan müstəqilliyinə qovuşdu. 1990-ci ilin noyabrında Naxçıvan Ali Məclisinin sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımız yenidən dövlət bayrağı kimi qəbul olundu. Heydər Əliyev Azərbaycan bayrağına hər zaman dəyər verib. Azərbaycan bayrağı Xankəndində, Şuşada da dalğalanacaq. O gün uzaqda deyil".

 

 

Prezidentin köməkçisi qeyd edib ki, 1993-cü ildə Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalıb: "Azərbaycan xalqı müdriklik göstərərək ulu öndəri yenidən hakimiyyətə dəvət etdi. Heydər Əliyevin hakimiyyəti dövründə ölkədə siyasi sabitlik təmin edildi. Bu siyasətin nəticəsidir ki, hazırda Azərbaycanda siyasi sabitlik hökm sürür”.

 

 

Mədəniyyət naziri Ə. Qarayev bildirib ki, Heydər Əliyev Azərbaycan tarixində özünəməxsus yer tutub.

 

 

Nazir A. Rəhimov deyib ki, Heydər Əliyev ölkəni parçalanmaq təhlükəsindən xilas edib.

 

 

Ü. Mehdiyev Heydər Əliyevin apardığı siyasət nəticəsində Azərbaycanın dünya dövlətləri arasında layiqli yer tutduğunu söyləyib.

 

 

Çıxışlardan sonra Cəfər Cabbarlının Azərbaycan bayrağına həsr olunmuş "Sevdiyim" şeiri əsasında hazırlanmış və Azərbaycanın 100 illik tarixinin əks olunduğu klip təqdim olunub.

 

 

Qeyd edək ki, əsərin bəstəkarı və ifaçısı əməkdar artist Tünzalə Ağayeva, klipin rejissoru əməkdar incəsənət xadimi Ülviyyə Könüldür.

 

 

# 351
avatar

Yalçın UĞUR

Oxşar yazılar