<b>Xuraman Şuşalı: <span style="color:red;">"Pul versələr, efirə çıxaram" </b>
11 may 2018 13:20 (UTC +04:00)

Xuraman Şuşalı: "Pul versələr, efirə çıxaram"

Müğənni Xuraman Şuşalı maraqlı açıqlama verib. Lent.az-ın məlumatına görə, ifaçı “Şou məkan” verilişində bildirib ki, onu pul müqabilində efirlərə çağırsalar, razılıq verər:

 

“Bəzən elə verilişlər olub ki, getmişəm, sonra özümə demişəm ki, üç saat burada oturmağın yerinə daha səmərəli işlərlə məşğul ola bilərdin. Sənə yaxın olmayan mövzuda olan verilişlərdə niyə iştirak edirsən? Düzünü deyim, vaxtım yoxdur. Vaxt olanda da onun arxasınca getməyə həvəs olmur. Düşünürəm ki, ona vaxt ayırdığıma övladlarıma ayıraram. Bəlkə qazanc olsa, tez-tez efirlərə gedərəm. İndi fikirləşirəm ki, nə qədər qurbanlar vermişəm. Yuxusuz gecələrim olub. Amma indi yuxum gəlirsə, deyirəm ki, yatım, çəkilişə sonra gedərəm. Çəkilişə bir saat qalmış da durub hazırlaşıb gedə bilərəm. Əvvəllər hansısa bölgəyə çəkilişə çağıranda gedirdim. İndi dəvət edirlər, deyirəm yox , inşallah yayda mənim özümlə gedərik. Ulduz xəstəliyi deyil bu. Sadəcə olaraq mən ailəmlə daha çox vaxt keçirmək istəyirəm. Düzdür, şükürlər olsun ki, evdə köməkçim var. Hər şeyi öhdəsinə buraxmışam. Etibar da edirəm. Amma yenə də düşünürəm ki, özüm yedizdirsəm, ondan yaxşı yedizdirərdim. Çalışıram ki, uşaqlarımla bağlı hər şeyi özüm edim. Yaxud atasıyla qalanda deyirəm ki, görən ac qalmadılar? Fikirləşirəm ki, birdən atasını əsəbiləşdirərlər, o da uşaqları vurar. Yoldaşım uşaq vuran deyil, amma böyük oğlum insanı dəli həddinə çatdıra bilir.

Toydan, xınadan gec gəlsəm də, paltarımı dəyişib onların çantalarını yığıram. Səhər dərsə gedəcəklər deyə yumurta qaynadıram. Köməkçim yarım saat əvvəl gəlir, amma bilirəm ki, mən yola salmasam, ac gedəcəklər. Böyük oğlum dərsə gedir, balaca isə hazırlığa. Qapının ağzında mən bunlara ayaqqabı geyindirərkən, yedizdirirəm”.

Sənətçi evə gec gəlsə də, həyat yoldaşı ilə problem yaşamadığını deyib:  “Yoldaşım bilir ki, mən ağlı başında olan insanam. Gec gəlirəmsə, deməli, əziyyət çəkirəm. Bilir ki, bütün qazancım, əziyyətim övladımız üçündür. Arada deyir ki, nə olub özünü öldürürsən. Mən deyingən adamam. Deyirəm hə, atama, anama göndərirəm axı. Rəhmətlik anam deyirdi ki, bu qız burdan dalaşır, sonrada "aşkım-aşkım" deyib düşür bunun dalınca. Belə tərəfim olsa da, gözəl xasiyyətim də var.

Qadınlar olan məclisdə onların könlünü xoş etmək çox çətindir. Həmişə nə isə tapırlar. Dəridən-qabıqdan çıxıram ki, hər şey yaxşı olsun. Toydan toy tuturam”.

 

# 310
avatar

Yalçın UĞUR

Oxşar yazılar