“Abırsızlığın da həddi olar!” <span style="color:red;">– Flora Kərimovadan növbəti yazı
11 may 2018 11:30 (UTC +04:00)

“Abırsızlığın da həddi olar!” – Flora Kərimovadan növbəti yazı

Sənin növbəti cəfəngiyatına cavab: Mən sənin öyrətdiyin insanların, məni söymək üçün hər gün sifarişinlə açılan yeni səhifələrin demaqoqluğuna fürsət verməmək, həm də sonrakı günlərin tarixləri ilə əlaqədar bu yazını konsertindən bir həftə sonra dərc edirəm.

 

 

Röya, elə nağıl danışırsan ki, səni tanımayan elə bilər, Peyğəmbərdən hədis deyirsən!

Başı bağlı olan-olmayan, imanlı-imansız - hamı kefindən, qeyri-kefindən əxlaqsızlığı seçənlərdən ötrü dua etməsə, Cəhənnəmə düşəcək? Belə çıxır ki, başını saxlamaqdan ötrü kiminsə atasını söyən Röya Cənnətə düşəcək, amma Röyaya dua etməyənlər Cəhənnəmdə yanacaq! Sən bu nağıllarla nəyi təbliğ edirsən, nəyi aşılayırsan...?

 

Sən, Röya müzakirə olunduğunda nəinki ANALIĞIN, hətta BACILIĞIN, QIZLIĞIN, ÖVLADLIĞIN DA mövzudur. Əgər sən özünü Madonna, Beyons ilə bir tutursansa, öz sözünlə desək, 40 yaşında bir müğənni - sən indiyə qədər şou ya iyrənccəsinə vulqarlığın fərqində deyilsənsə, çətin bundan sonra olasan.

 

Sən AZƏRBAYCANI təmsil edirsən və sənin ANALIQ MƏSULİYYƏTİNDƏN gedir söhbət, "ANA" adından yox!

 

Bu dünya kimləri yetişdirmədi, kimləri sənətin zirvəsində illərlə saxlayıb yerə çırpmadı, kimləri şöhrətin baş gicəlləndirən dadı ilə aldadıb illərlə evində təkliyə düçar etmədi!

Sənə dünyasını dəyişən Azərbaycan müğənnisi görk olmadısa, BÖYÜK sənəti, səsi böyük olan Hyustonun özünün həyatına, övladının taleyinə bir bax! Bəzən gələcəyi düşünməməyin nə faciələrə gətirdiyini bilmək lazımdır.

 

Sənin övladına verəcəyin tərbiyə sənin davranışındır və əməllərindir. Bir neçə həftə əvvəl oturuşunun, hərəkətlərinin şahidi olduq. Mənim səndən iki dəfə böyük oğlum, kamillik yaşında qızım, 26 -18 yaşlarında oğul nəvələrim var. Və onlar utanmadan, FƏXRLƏ mənə ANAM-NƏNƏM deyə bilir, bu, mənim qazancımdır. Kaş sənin də oğlun nəvələrim yaşında olanda sənə - "Röya mənim anamdır" deyə bilsin, bu isə hələ sual altındadır. Gələcək göstərəcək.

 

Bugünkü yaşayışından tutmuş, oxuduğun hər şeyə görə köhnələrə borclusan. Elə Zeynəbə, İlhaməyə, səni sən edən bəstəkarlara və İllah da Mənə ki, əsasını qoyduğum bu sənətdəki mənim tör-töküntümü təkrarlaya bilmirsən. Buna görə isə ölənə kimi borclu qalacaqsan!

 

Paxıllığıma gəldikdə isə səni səndə paxıllıq çəkiləsi nə qadın xoşbəxtliyi olub, nə sənət böyüklüyü. Ümumən məni tanıyanlar bilir ki, xislətimdə paxıllıq yoxdur! Amma paxıllığın acı dadını məndən yaxşı bilə də bilməzsən. Nə mənim səsimdən böyük, nə mənim repertuarımdan böyük Azərbaycan tarixində müğənni olmadı. Bu gerçəkliyi bu yaşımda utanmadan deməyə haqqım var!

 

Sənə çox da keçmiş olmayan bir tarixi xatırladım. Xatırladım ki, balıq hafizən oyansın. Elədiyin qələtlərə görə tənə yaşayanda (12 sentyabr 2017 Publika.az "Flora Kərimovadan Röya ilə bağlı İNANILMAZ SÖZLƏR": “Mənim Röyaya iradım onun sənətinə görə olmayıb. Sənətə iradı təkbətək deyə bilərəm. Röyanın “Mənim keçmiş şəkillərimi pozun” çağırışını dəstəkləyirəm, onu alqışlayıram. Öz yerini yavaş-yavaş tapır. Oğul anasıdır. Bir sənətçidən öncə insanları Röyanın analıq hissinə hörmət etməyə çağırıram. Çünki bu dünyada ən ülvi hiss və uca yer ana olmaqdır. Ona sənət yolunda uğurlar arzu edirəm”), mən yenə sənə dəstək çıxdım. Bu idimi sənə olan paxıllığım ki, mənə etdiyin bir elə bağışlanmaz səhvlərinin üzərindən xətt çəkib, səni ANALIĞINA BAĞIŞLADIM! Sabahı gün çıxıb SAĞ OL-mu dedin!? Heç umacağımda olmayıb! Amma başından böyük əməllərinə nə yaxşı vaxt tapılır?! Sənə olunan yaxşılıqları görməzdən gəlib, məni "səhvlikdə" suçlamaq hansı KİŞİLİYİNƏ, hansı İNSANLIĞINA sığır!?

 

Röya, sən özünə olduğundan çox önəm verirsən!  İlhamə Quliyeva və kimlər daxil mənim üçün şahmat taxtasının heç “PEŞKA”sı da olmayıb ki, qala sən və sənin "ŞƏRƏF-ŞÖHRƏT"inə paxıllığım ola! 

 

Yenə vurğulayırsan ki, münasibətimin korlanmasının səbəbi İlhamə Quliyeva olub. Günahlarının səbəbini başqalarında axtarma! Bundan qabaq ən azı 20 sual verdim sənə, heç olmasa birinə cavab ala bildimmi? Yox, inanmıram cavabın olar.

 

Bəli, müharibə şəraitində doğulan, atası cəbhədə vuruşan, kasıbların ən kasıbı günlərlə evində quru çörəyə möhtac olan və illər sonra varlıların ən varlısının, çoxlarının belə həsədlə baxdığı, sovetlər dövrünün ən dəbli, ən bahalı maşınlarını ilk sürən mən olmuşam. Amma bu, mənim nə davranışıma nə şəxsiyyətimə ələlxüsus də əxlaqıma yansımayıb. Nə o ac qarnım üçün KİMLƏRİNsə qapısını döymüşəm, nə də firavan günlər üçün ağız acıb dilənmişəm! Bu gün də eləyəm, sabah da elə olacağam. Bəs Sən necə, bu SÖZÜ özünə deyə bilirsən?

 

Paltar söhbətinə gəldikdə, düşünmürəm kiminləsə çaş-baş salasan məni, amma yenə də aydınlıq gətirim.

 

Heç bir kəs deyə bilməz ki, Flora məndən paltar kirayəyə alıb. Nəyim olub, utanmadan onu geyinmişəm. O sən dediyin hörməti mən pulla yox, geyimlə yox, o-bu ilə cirmaqlaşmaqla yox, illərlə qadağalarda olan səsimlə, qürur duyduğum vətəndaşlığımla  qazanmışam. Hamam suyundan özünə dost tutma!

 

Vedrələrin səsi qəbirdə də hələ kimlərinsə qulağını batırır! Heç kim hec nəyi unutmur. Səncə, qoyacaqlarmı ki, sənin oğlun sənin əməllərini unutsun!? Bəzən uşaqlar elə acımasız olur ki, əllərinə keçən hər fürsətdə sənin əskikliyini onun üzünə şillə kimi vuracaqlar. Oğlun səni bağışlaya bilər, amma əməllərini unutmayacaq. Bu isə səndən asılıdır! 

 

P.S. Bu təklifi vaxtı ilə İlhaməyə də vermişəm və indi Zeynəb və sənə də deyirəm. İstədiyin məkanı, televiziyanı (özəl, qeyri-özəl) tap, istədiyin jurnalist kampaniyasını yığ, canlı görüşək, cəsarətin çatarsa! İnan ki, bu yaşımda ağıl və məntiqimlə sənin kimilərinin ağzını yummağa qüdrətim çatır! 

 

 

P.P.S. Yenə təkrar edirəm: ABIRSIZLIQLA ƏXLAQSIZLIQ ƏL-ƏLƏ VERƏNDƏ ADAMIN EVİ YIXILIR!

 

 

# 383
avatar

Oxşar yazılar